Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri öncəsi media əməkdaşları üçün mətbuat konfransı təşkil edib.

Dövlət başçısı Ermənistan Baş naziri Nikol Paşinyan və Yunanıstan Baş naziri Kiryakos Miçotakisin açıqlamalarına münasibət bildirib.

Ərdoğan Paşinyanın Zəngəzur dəhlizinin açılması əlehyinə səsləndirdiyi fikirləri belə şərh edib.

“Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar. Zəngəzur koridorunun açılması siyasi məsələdir. Ümid edirəm ki, sözügedən dəhlizin açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq”, – deyə Ərdoğan bəyan edib.

Türkiyə prezidenti Yunanıstanın baş naziri Kiryakos Miçotakisin açıqlamalarıyla bağlı da öz fikrini bildirib.

“Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq. Təəssüf ki, verdiyi bu açıqlamada arzuolunmaz ifadələr var. Bununla bağlı Xarici İşlər Nazirliyimiz lazımi izahat verib. Bu işdə nə qədər səmimi olduqlarını və müqavimət göstərəcəklərini görəcəyik. Türkiyə heç kimin qapısının qulu deyil. Qarşımızda vicdanla atılacaq addımları görməliyik”, – deyə dövlət başçısı qeyd edib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi