Ermənilərə növbəti şok: “Diqqət! Siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz”

Zəngəzurda Gorus-Qafan avtomobil yolunda yeni lövhə quraşdırılıb.

Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Lövhənin Azərbaycan tərəfindən quraşdırıldığı bildirilib.

“Diqqət! Siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz”, – lövhədə qeyd edilib.

Xəbərdarlığın Azərbaycanla yanaşı, rus və ingilis dillərində qeyd edildiyi vurğulanıb.

Lövhə sosial şəbəkələrin erməni seqmentində müzakirə mövzusuna çevrilib, şok effekti yaradıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP