Dünya Ərzaq Proqramı Efiopiyada aclıq fəlakəti ilə bağlı xəbərdarlıq edib

BMT-nin Dünya Ərzaq Proqramı (WFP) qarşıdakı 6 ayda Efiopiyada, xüsusən Tiqray regionunda 5,2 milyon insanın aclıq fəlakəti ilə qarşı-qarşıya qalması ilə bağlı xəbərdarlıq bəyanatı yayıb.

Təşkilat beynəlxalq ictimaiyyətə müraciətində fəlakətin qarşısını almaq məqsədilə 426 milyon dollar məbləğində vəsaitə ehtiyac olduğunu bildirib.

Efiopiyada ərzaq qıtlığı ötən ilin noyabrında ölkənin şimalında yerləşən Tiqray regionunda başlayan silahlı münaqişə və bunun nəticəsində yüz minlərlə insanın evlərindən didərgin salınmasından sonra başlayıb. Belə ki, on minlərlə fermer öz torpaqlarını ataraq qonşu Sudana qaçıb, həmçinin quraqlıq nəticəsində ölkənin daha iki rayonunda – Afar və Amharada aclıq başlayıb.

WFP-nin məlumatına görə, hazırda Efiopiyanın bütün ərazisində 13,6 milyon insan ərzaq qıtlığından əziyyət çəkir. Son aylar bu ölkədə COVID-19 pandemiyası ilə bağlı vəziyyət də pisləşib. Proqramın Şərqi Afrika üzrə regional direktoru Maykl Danford jurnalistlərə müsahibəsində qeyd edib ki, artıq WFP-nin Efiopiyada humanitar fəlakətin qarşısını almaq üçün yetərli maliyyə vəsaiti qalmayıb. O əlavə edib ki, humanitar fəlakət zonasında 4 milyon insana göstərilən ərzaq yardımı dayandırılır.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi