“Arşın mal alan” operettası Çinin BÖYÜK TEATRINDA

Çinin ən iri şəhərlərindən biri olan Tiandzində yerləşən 3600 nəfərlik möhtəşəm Böyük Teatrda (Tianjin Grand Theatre) dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının yeni quruluşda premyerası olacaq.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından verilən məlumata görə, artıq üçüncü dəfə səhnələşdirilən əsərin Çində ilk ifası 1959-cu ildə və daha sonralar Pekində – 2010-cu ildə əməkdar incəsənət xadimi Hafiz Quliyevin tərtibatında gerçəkləşib.
Tiandzin Böyük teatrında “Arşın mal alan”ın yeni quruluşu Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Tiandzin Mədəniyyət və Turizm üzrə bələdiyyə bürosunun dəstəyi ilə keçirilir.
Lahiyənin bədii rəhbəri – İpək Yolu Mədəniyyət Birliyinin Prezidenti Klaudia Yanq (Malaziya), tamaşanın baş məsləhətçisi və koordinatoru – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, baş menecer – Yan Linqyanq (Çin), dirijor – Sun Jinqkay (Çin), opera üzrə  kastinq  direktoru – Li Ksaofey və Lu Şenqdir (Çin).

Tamaşa 18 sentyabr – Musiqi bayramı və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuşdur. Tianzin Böyük Teatrının dizaynı 2012-ci ildə alman şirkəti “Gerkan, Marg and Partners” tərəfindən hazırlanmış və tez bir zamanda ölkənin ən iri mədəni mərkəzlərindən birinə çevrilmişdir.
Dünyanın ən iri musiqi kollektivləri – Filadelfiya simfonik orkestri, Yaponiya Milli Simfonik orkestri, Mariinski Teatrı, Anna Sofi Mutter, Gidon Kremer kimi tanınmış ifaçılar həmin səhnədə dəfələrlə çıxış etmişlər.
2022-ci ildə Tiandzin Böyük Teatrında Harbin və Kunmin Filarmonik orkestrinin dirjoru Əyyub Quliyevlə keçiriləcək konsertlərdə Azərbaycan musiqisinə həsr olunmuş xüsusi proqramın təqdimatı gözlənilir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi