Cıdır düzündə “Ay Laçın” xalq mahnısı ifa olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşaya yollanan diaspor nümayəndələri arasında Çexiyanın Plzen Konservatoriyasında təhsil alan gənc azərbaycanlı  skripkaçı Canel Nəcəfli də olub. Ən böyük arzusu Şuşada, Cıdır düzündə skripkada ifa etmək olan Canel nəhayət ki, bu arzusuna çatıb. Müxtəlif beynəlxalq mükafatara layiq görülmüş istedadlı skripkaçı Cıdır düzündə skripkada  “Ay Laçın” xalq mahnısını ifa edib. Canel Nəcəflinin ifası diaspor üzvlərinə xoş təsir bağışlayıb.  

Qeyd edək ki, Canel Nəcəfli hazırda Bakı Musiqi Akademiyasında Xalq Artisti Zəhra Quliyevanın sinfində qiyabi və Çexiyada Plzen Konservatoriyasında professor Roman Fedçukun sinfində əyani təhsillərini davam etdirir.  O, keçən il Çexiyada musiqi sahəsində “İlin adamı” mükafatına layiq görülüb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP