Diasporla İş üzrə Dövlət Komitəsində “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun üzvləri ilə görüş keçirilib

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov  “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu” nun üzvləri ilə  görüşüb.

Komitə sədri Prezidentin tapşırığı ilə Azərbaycan diasporunun təşkilatlanması istiqamətində görülən işlər barədə məlumat verib, diasporumuzun ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fəallığı, dəmir yumruq ətrafında sıx birləşməsini yüksək qiymətləndirdiyini qeyd edib.  

Bildirilib ki, Qarabağda qazanılan Böyük Zəfərdən sonra Azərbaycanın dünyada tanıdılması diasporun qarşısında duran əsas vəzifədir. Komitə xaricdə yaşayan hər bir soydaşımızla işləməkdə maraqlıdır, diasporun birlik və həmrəyliyinin daha da möhkəmlənməsi, ölkəmizin təbliği istiqamətində sistemli işləməsi üçün lazımi addımları atır. 

Klub üzvləri Qarabağda qazanılmış Zəfərə görə  Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinə təşəkkür edib, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyiblər. 

“Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu” nun üzvlərinin fəaliyyət imkanları və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, diasporun mövcud problemləri dinlənilib, onların həlli istiqamətində təkliflər səsləndirilib.

Qeyd edək  ki, “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu” 44 günlük Vətən müharibəsi dövründə müxtəlif ölkələrdə yaşayan  fəal azərbaycanlı xanımlar tərəfindən yaradılıb və arxa cəbhədə-informasiya mübarizəsində fəallıq nümayiş etdirib.   

Görüşün sonunda Diasporla İş üzrə Dövlət Komitəsinin adından “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”na təşəkkürnamə təqdib edilib. 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi