Mehriban Əliyeva Prezidentlə birlikdə getdikləri Kəlbəcər və Laçın səfərindən paylaşım edib – VİDEO

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsindən videolar paylaşıb.

Birinci vitse-prezident yazıb:

“İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP