Türkiyəli diplomat Əfqanıstandakı Azərbaycan sülhməramlılarının vəziyyətindən danışdı

“Türkiyə hərbi qüvvələrinin və Azərbaycan sülhməramlılarının Əfqanıstandakı vəziyyəti (16 avqust) Dohada “Taliban”ın keçirəcəyi görüşlərdən asılıdır”.

Bunu Türkiyəli siyasətçi, 2003-2006-cı illərdə NATO-nun Əfqanıstanda Baş Mülki Nümayəndəsi olmuş Hikmət Çətin bildirib.

Hikmət Çətin deyib ki, bu ayın sonuna qədər türkiyəli və azərbaycanlı hərbiçilərin Əfqanıstan İslam Respublikasında fəaliyyət hüququ var: “Hazırda Türkiyə daxil bütün xarici qüvvələr iki beynəlxalq qərara əsasən Əfqanıstandadırlar. 11 sentyabr 2001-ci ildə ABŞ-da iki qülləli binada törədilən terror aktından sonra BMT-nin Təhlükəsizlik Şurası və NATO Əfqanıstanda təhlükəsizliyin təmininə qərar verdi. ABŞ və NATO bu ayın sonuna qədər Əfqanıstandan çəkiləcək. Ona görə də ay sonundan sonra əgər “Taliban” Türkiyə hərbiçilərinin Əfqanıstanda qalmasını istəməsə, hər iki ölkə üçün təhlükə riski var”.

NATO-nun “Qətiyyətli Dəstək” missiyası tərkibində Əfqanıstanda xidməti vəzifəsini icra edən Azərbaycanın Kabil beynəlxalq hava limanında Türkiyəyə dəstək verməsini də yüksək qiymətləndirən Hikmət Çətin bildirib ki, 6 ildir Türkiyə hərbi qüvvələri Kabil beynəlxalq hava limanında təhlükəsizliyi təmin edir: “Bu, addım həm də Azərbaycanın Türkiyəyə növbəti bir qardaşlıq və dəstək jestidir. Kabil beynəlxalq hava limanını “Taliban” yaraqlılarından dan qorumaq Türkiyənin NATO çərçivəsində missiyasıdır. Amma bundan sonra kimdən qoruyacaq? Ona görə bu məsələnin də yenidən dəyərləndirilməsi lazımdır. Qətərdə olan görüşdə bu məsələ də müzakirə oluna bilər”.

Siyasətçi deyib ki, Əfqanıstanda Türkiyə ilə bağlı vəziyyət avqustun 15-dən sonra dəyişib: “Dünəndən etibarən vəziyyət dəyişdi. Əslində bu, bir həftə içində gözlənilən idi. Çünki “Taliban” bütün cəhdlərə rəğmən mövcud hökumətlə bir araya gəlib müqavilə imzalamadı. Qarşısında illərlə təlim alan 300 minlik ordunun darmadağın olduğunu, silahlarını belə təslim etdiklərini görüb, heç bir maneə ilə rastlaşmadığı üçün hədəfinə çatdı. “Taliban” yaraqlılarının hədəfi meydanda bütün nəzarəti ələ keçirərək daha güclü olmaq idi. Buna nail oldu. Əfqanıstan Prezidenti ölkəni tərk etdi. Türkiyə isə əfqan hökuməti ilə görüşəcəkdi. Bu baxımından Türkiyə üçün də yeni dönəm başlayır. “Taliban”ın siyasi və hərbi qolu mövcuddur. Siyasi qolu qarşılıqlı anlaşmaya tərəfdardır və Əfqanıstana iqtisadi baxımdan dəstək verilməsini istəyir, amma hərbi qolu heç bir xarici qüvvənin Əfqanıstanda olmasını istəmir. Hazırda Dohadakı görüşlərdə “Taliban” son dərəcə güclüdür, çünki ortada bir dövlət yoxdur, onlar öz şərtlərini daha rahat şəkildə diqtə edə bilərlər”.

Siyasətçi bütün bunlara rəğmən Türkiyənin bölgədə böyük nüfuza malik olduğunu vurğulayıb: “Taliban” şimali Pakistandakı mədrəsələrdə cihadçı, peştun kökənli tələbələrdən yetişdi. Ona görə də Pakistanın siyasi dəstəyi olmadan “Taliban”la yaxşı əlaqələr qurmaq çətindir. Pakistanla Əfqanıstanı isə bir araya gətirən ölkə Türkiyədir. Əfqanıstanın Türkiyəyə Atatürk dönəmindən tarixdən gələn bir simpatiyası var. Eləcə də Pakistanla Türkiyənin yüksək səviyyədə əməkdaşlıq əlaqələri mövcuddur. Amma Türkiyə xarici işlər və diplomatlar səviyyəsində dəfələrlə danışıqlara getsə də “Taliban” xarici qüvvələrin Əfqanıstanda qalması ilə bağlı razılığa gəlmədi”.

Hazırda isə “Taliban”ın xarici qüvvələrin Əfqanıstanda qalmasına tərəfdar olacaqları, qadınlara təhsil və işləmək hüququ veriləcəyi, kimsənin mal-mülkünə toxunulmayacağı vədini siyasətçi aldadıcı hesab edir: “Mən tanıdığım qədərilə “Taliban” sonda yenə əvvəlki mövqeyində olacaq. 20 il öncə Əfqanıstandakı şəriət qanunlarını yenə qüvvəyə mindirəcək, bunun də ən ağır zərbəsi qadınlara dəyəcək. İndidən belə çox pis nümunələr görünməyə başlanır. Digər tərəfdən, Əfqanıstan izolə olunmuş terror təşkilatlarının – “Əl-Kaidə”nin, İŞİD-in və digər radikal islami terror təşkilatlarının toplaşacağı bir ölkə halına gələ bilər ki, bu da dünya ölkələri üçün təhlükədir”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib