X sinfə kimlər qəbul edilə bilər? – RƏSMİ

Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yayıb.

Qurumdan verilən məlumata görə, ümumi orta təhsil səviyyəsini bitirən və müvafiq təhsil sənədi (ümumi orta təhsil haqqında attestat, ümumi orta təhsil səviyyəsini xarici ölkədə bitirmiş şagirdlər üçün ümumi orta təhsil haqqında attestatın ekvivalenti hesab edilən təhsil sənədi) alan şagirdlər X sinfə qəbul edilə bilərlər;

Övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər 18 avqust 2021-ci il tarixinədək ümumi orta təhsil haqqında attestat əlavə olunmaqla məktəbin direktoruna ərizə ilə müraciət etməlidirlər.

Övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə deyil, digər məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər (qanuni nümayəndə) bu halda 25 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (www.sy.edu.az) X sinfə qəbul üçün seçdikləri məktəblərə sorğu verməlidirlər. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Övladının digər xarici dil tədris olunan məktəbin X sinfinə qəbulu ilə bağlı valideynin proqram təminatındakı sorğusuna yaşadığı (köçdüyü) ərazidə şagirdin əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa tam orta məktəb olmadığı halda razılıq verilir.

Ümumi orta məktəbləri bitirən şagirdlərin valideynləri (qanuni nümayəndə) övladlarının tam orta təhsil səviyyəsi üzrə təhsilini davam etdirmək istədikləri halda 25 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə ( www.sy.edu.az) X sinfə qəbul üçün seçdikləri tam orta məktəblərə sorğu verməlidirlər.

Xarici ölkələrdə ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagirdlərin valideynləri övladlarının X sinfə qəbulu üçün 25 avqust 2021-ci il tarixindən etibarən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (sy.edu.az) seçdikləri məktəbə sorğu verə bilərlər.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi