Acun Hadisəylə bağlı qərarını açıqladı

“TV8” telekanalında  yayımlanan “O ses Türkiye” proqramının münsif heyəti ilə bağlı yeni qərar verilib.

Yeni mövsümdə yarışmanın münsif kürsüsündə Hadisə yer almayacaq.

Buna səbəb isə, Hadisə ilə Ebru Gündeş arasında yaşanan münaqişə olub.

Xatırladaq ki, Hadisənin həmkarı Ebrunun keçmiş həyat yoldaşı Rza Zerrabla gizli münasibət yaşadığı iddia olunmuşdu.

Hazırda Hadisə Acunun yeni platforması olan “Exxen”də yayımlanan “O ses Türkiye rap” proqramında münsiflik edir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP