Prezident İlham Əliyev “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 21 oktyabr 2015-ci il tarixli fərmanında dəyişiklik edib.
Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, bundan sonra Şuranın sədri iqtisadiyyat naziri deyil, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri olacaq.
Əvəzində iqtisadiyyat nazirinin müavini nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinin əvəzində şuranın üzvlərin sırasında yer alacaq.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP






