Banklar Assosiasiyası ödəniş kartları sahəsində yeni fırıldaqçılıq hallarına dair məlumat yayıb

Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması diqqət mərkəzində saxlanılır.

Azərbaycan Banklar Assosiasiyasından (ABA)  bildirilib ki, bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlərə baxmayaraq rəqəmsal ödənişlərin inkişafı və xüsusən də elektron ticarət əməliyyatlarında müşahidə olunan dinamik artım fonunda yeni fırıldaqçılıq halları yaranmaqda davam edir. Tətbiq edilən fırıldaqçılıq halları ödəniş kartının həssas məlumatlarının ələ keçirilməsi, kart istifadəçisinin SMS məlumatlandırma əsasında əldə etdiyi birdəfəlik şifrənin bu və ya digər formada açıqlanması və nəticədə pul vəsaitlərinin aldadılaraq ələ keçirilməsi ilə müşayiət olunur. Aparılan son müşahidələr onu deməyə əsas verir ki, müxtəlif mənbələrdən əldə edilən məlumat əsasında kart istifadəçilərinə bank adından zəng olunaraq ödəniş kartı məlumatlarının açıqlanması zərurəti bildirilir. Bir sıra hallarda isə SMS məlumatlandırma əsasında kart istifadəçiləri iri məbləğdə bonusların mükafat olaraq əldə edilməsi üçün mərc oyunlarında iştiraka sövq edilirlər.

ABA kart istifadəçiləri olan hörmətli bank müştərilərinə müraciət edib: “Banklar tərəfindən telefon zəngləri və ya digər formada ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla qarşılaşdığınız zaman kart məlumatlarınızı təqdim etməyin və dərhal ödəniş kartının üzərində qeyd olunan bankınızın rəsmi qaynar xətti və ya əlaqə telefonları ilə əlaqə saxlayın. Ödəniş kartınıza pul vəsaitinin köçürülməsi üçün ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə kifayətdir. Heç bir halda ödəniş kartının PİN kodunu, son bitmə tarixini, kartın arxasında yerləşən CVV (3 rəqəmli) kodu, SMS məlumatlandırma əsasında əldə etdiyiniz birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə, hətta bank əməkdaşlarına və ya özünü bank əməkdaşı qismində təqdim edən şəxslərə bildirməyin. Qeyd olunan məlumatların kənar şəxslərə təqdim edilməsi kart hesabınızdan vəsaitin silinməsinə səbəb ola bilər”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi