Bəhruz Məhərrəmov: “Gündəmi Xocalı soyqırımı yaratmalıdır, örpək-geyim məsələsi yox”

Milli Məclisin Sədrinin İran səfəri ətrafında süni ajiotaj yaratmaq bizə başucalığı gətirmir. Xüsusən, Parlament Sədrinin geyimi və baş örtüyü kimi məsələlərin siyasi müstəvidə müzakirəsi sadəcə rüsvayçılıqdır. Ən azından ona görə ki, başqalarının inanc və düşüncəsinə hörmətlə yanaşmağın tənqid ediləcək tərəfi yoxdur. Üstəlik, nəzərə alaq ki, baş örpəyi Azərbaycan xanımı üçün yad element də deyil.

Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, konkret bayraq məsələsinə gəlincə, əlbəttə, ölkənin birinci şəxsinin səfəri olsaydı, yaxud, İranda Azərbaycanın Parlament Sədrinə eyni səviyyəli digər qonaqlardan fərqli münasibət sərgilənsəydi, məsələni gündəmə gətirə bilərdik:

“Lakin, indiki halda, müvafiq statusda olan digər qonaqların da görüş fotolarına baxanda, eyni protokol yanaşması, yəni yalnız bir bayraq müşahidə edirik. Yəni, ortada Azərbaycanın aşağılanması kimi bir hal yoxdur, heç ola da bilməz. Azərbaycan qadınını bu mənada hədəfə çevirməklə daha vətənpərvər görünmək cəhdləri sadəcə utancvericidir. Azərbaycanın maraqlarını düşünən bir kəs Sahibə Qafarovanın İran Parlamentində Xocalı soyqırımının tanınması təşəbbüsünü diqqətdə saxlayıb bu istiqamətdə gündəm yaratmalıdır, örpək-geyim məsələsi ilə yox”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi