Fazil Mustafa: “İnzibati məsuliyyətə cəlb olunan şəxslərin qandalla məhkəməyə gətirilməsi düzgün deyil”

Mİllət vəkili Fazil Mustafa inzibati məsuliyyətə cəlb olunan şəxslərin qandalla məhkəməyə gətirilməsini düzgün hesab etmir.
Onun sözlərinə görə, deputatın məhkəməyə qandalla gətirilməsi yanlış idi. Çünki deputat olmuş şəxsin, yaxud inzibati məsuliyyətə cəlb olunan şəxslərin qandalla məhkəməyə gətirilməsi düzgün deyil. Məsələ ondadır ki, deputat olan şəxs təhlükə törətmirsə, istintaqdan qaçma, yaxud hansısa bir addımı yoxsa, bunu etmək olmaz. Adam İntizam Komissiyasının iclasına qatılıb, təqsirini etiraf edib, üzr istəyib. Bu, o deməkdir ki, Eldəniz Səlimov qaçmağa meylli insan tipi deyil. Belə bir vəziyyətdə mən də ona bu formanın tətbiqini uyğun saymıram. Amma məsuliyyətə cəlb olunması uyğundur, çünki kifayət qədər şikayət və əməliyyat məlumatları var.
Fazil Mustafa Eldəniz Səlimovun Cinayət Məcəlləsinin 309.2 maddəsi ilə təqsirləndirilməsini isə belə qiymətləndirib: “Deputat vəzifəli şəxs kateqoriyasına aid deyil və hüquq ədəbiyyatında da bununla bağlı mübahisələr var. Çünki deputatın konkret olaraq kiməsə əmr və sərəncam vermə səlahiyyəti yoxdur. Hətta deputatın köməkçisi dövlət məmuru olsaydı, onda deputatın dövlət məmuru kimi vəzifəli şəxs sayılması düzgün idi, amma köməkçi dövlət məmuru deyil”.
Fazil Mustafa hesab edir ki, deputata fakta görə cinayət işi qaldırılıb və əldə olunan ilkin materiallar parlamentə təqdim edilib: “Konkret şikayət var və şikayəti də təsdiqləyən şahid ifadələri, müəyyən dərəcədə də səs yazısı var. Amma bunlar hələ sübut deyil. Sübutun qiymətləndirilməsinə istintaq baxır. Yəni səs yazısını ekspertizaya göndərəcək, təsdiqlənlənərsə, mötəbər sübut kimi qəbul olunacaq. Amma fakta göndərilən qaldırılan cinayət işində ola bilsin ki, maddələr dəyişdirilə bilər. Gedişatda daha çox xuliqanlıq kimi də tövsif oluna bilər, vəzifəli şəxsin əməli kimi yox. Yaxud qulluq mövqeyini həyata keçirən hakimiyyət təmsilçisinə maneçilik ola bilər, sadəcə, bu işdə situasiya fərqlidir, konkret həmin polisin iş vaxtı baş verməyib. Amma bütün hallarda fakt, qanuna zidd əməl var, ona görə də belə bir prosedur başlandı. İstintaq zamanı bu dəyişə bilər”.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP
  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib