Yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə çatdı – VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasının ərazisində baş vermiş yanğınlarla mübarizə məqsədilə dünən yola salınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş ölkəyə çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

Qeyd edək ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı yerli sakinlər qarşılayıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP