Zəfərin müəllifi Azərbaycan Xalqı, Ali Baş Komandan İlham Əliyevdir

Son günlər Azərbaycanın 44 günlük Vətən Savaşında qazandığı Möhtəşəm Qələbəyə “şərik çıxmaq”, başqalarının Bu Zəfərdə “payının” olmasına dair məntiqsiz və absurd fikirlərə rast gəlməkdədyik. Birmənalı və qəti olaraq bilmək  lazımdır ki, Zəfərin müəllifi Azərbaycan Xalqıdır, Ali Baş Komandan İlham Əliyevdir.
Qarabağı, Şuşanı Ali Baş Komandan və Onun Müzəffər Ordusu qanı-canı bahasına, dişi-dırnağı ilə erməni faşizmindən azad etdi. Şuşa hansısa din xadiminin fətvası, dərviş Məstəli Şahların “sehirli cubuğu” ilə deyil, peşəkar və güclü Ordunun əsgərlərinin hər qarşında tökdüyü qanla qurtarıldı.
Heç kimin Qarabağ mövsusunda nə siyasi, nə dini xaltura etməyə mənəvi haqqı yoxdur. Bu, şəhidlərimizi ruhuna qarşı hörmətsizlikdir, cəsur qazilərimizə qarşı nəzakətsizlikdir.

Vətən savaşına ölkənin Siyasi Lideri, Ali Baş Komandanı başçılıq edir, Orduya Əmri Ali Baş Komandan verir və Qələbənin də müjdəsini ölkənin Ali Siyasi Lideri verir. Və Qələbəni Ali Baş Komandan və Onun yenilməz Müzəfər Ordusu qazandı, hansısa dini rütbə sahibinin fətvası deyil.
Qələbəmizin rəmzi Xalq-Prezident-Ordudur, Şuşada cəhalət və xurafat deyil, Haqq-Ədalət Zəfər çaldı.

Qarabağda Zəfərin simvolu Dəmir Yumruqdur!

Azərbaycan dünyəvi dövlətdir, ölkəmizin Ana Qanunu olan Konstitusiyada da qeyd olunub ki, hər bir millətin, xalqın, dinlərin nümayəndələri eyni hüquq və azadlğlığa malikdir. Dinindən, dilindən asılı olmayaraq hamımızın bir Vətəni var, hamımız üçün müqəddəs bir amal var, o da müstəqil Azərbaycanın ərazi bütövlüyünün daim olması, güclü olması, inkişaf etməsidir. Və bunu Vətən savaşında hər bir Vətən övladı öz qeyrəti və vicdanı ilə təsdiq etdi.

Qarabağ uğrunda canını fəda edənlərin arasında ruslar, yəhidilər də əsil qəhrəmanlıq nümunəsi göstəriblər. Albert Aqarunov, Denis Əliyev bizim şəhid qəhrəmanlarımızdır. Onlar Qarabağa döyüşə din üçün deyil, Ana Vətən olan Azərbaycanın xilası üçün yollanmışdılar. Onlar üçün Qarabağ namus, qeyrət, millət ünvanı idi, onlar Vətən savaşına Azərbaycanın müqəddəs üçrəngli bayrağını öpərək yollanmış və şəhid olduqda da üçrəngli bayrağa bükülərək dəfn edilmişlər.
Qarabağın İslam torpağı olması da hər kəsə bəllidır, bunu dünyanın bütün dövlətləri bilir. Ancaq təəssüf ki, xristian dünyası bir yana, islam ölkələri 30 il ərzində Qarabağda, Şuşada məcsidlərdə donuz saxlayan, dini ocaqlarımızı, abidələrimizi təhqir edən erməni faşizminə təpki göstərmədilər, etiraz bəyanatı vermədilər. Axı, müsəlmanların ən mübhəm və müqəddəs ünvanları təhqir edilirdi, niyə buna susqun qalırdılar. Ancaq hakbuki islam ölkəsi olmayan İsrail Ermənistanın işğalına, tarixi və dini soyqırım siyasətinə ən çox təpki göstərən ölkə olub, onu hər zaman işğalçı adlandırıb.
Onu da birdəfəlik dərk etmək lazımdır ki, Azərbaycanda din dövlətdən ayrıdır, ölkəmizin inkişaf yolu sivil və demokartik, dünyəvi dövlətin atributlarıdır.
Ali Baş Komandan İlham Əliyevdən ülvi və saf niyyətl, dini inanclı, imanlı, bütün dini təriqət və konvensiyalara dərin ehtiram göstərən, tolerant və multikultural İnsan yoxdur. Onun dinimizə olan sonsuz ehtiramının kökündə də bir millilik, vicdanlı yanaşma var. Dövlət başçımız dünyəvi bir dövlətin sahibidir və müdrik qərarlarında da bir dünyəvilik vardır. Hər bir Uğurun da təminatçısı demokratik qərarlardır, dünyəvi müdrik düşüncədir.
Heç kimin statusu  İlham Əliyevin Ali Statusundan üstün deyil. Cənab İlham Əliyev nəinki bütün Qafqazın regionun lideridir, O həm də  dünyanın ən praqmatik, dərin zehn və təfəkkürə malik istedadlı Siyasi xadimidir. Ölkənin inkişafını və gələcəiyini də məhz bu cür dahi, uzaqgörən Siyasi Liderlər müəyyən edir.

Vaqif  Abdullayev

Siyasi elmlər doktoru, professor

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib