Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində səfərdə olan diaspor nümayəndələri əsrarəngiz Cıdır düzündə olublar.

Soydaşlarımız Şuşanın azad edilməsi xəbərini xalqımıza çatdırarkən Prezident, Ali Baş Komandan İlham Əliyevin söylədiyi “Əziz Şuşa, sən azadsan!” və Qarabağ Azərbaycandır!” şuarlarını təkrar-təkrar səsləndiriblər. Avropanın və ABŞ-ın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı nümayiş etdirilən iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran soydaşlarımız Azərbaycanın Dövlət Himnini ifa ediblər.  

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP