Güclü “Nepartak” tropik qasırğası sabah səhər Yaponiya sahillərinə çatacaq

Sakit okeanda yaranaraq Yaponiya istiqamətində hərəkət edən güclü “Nepartak” tropik qasırğası iyulun 28-də səhər saatlarında Hönşü adasının şimal-şərq hissəsinə çatacaq.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Proqnozlara əsasən, ölkənin şimal-şərq rayonlarına 200 millimetr, paytaxt regionuna isə 100 millimetr yağıntı düşəcəyi gözlənilir. Tropik qasırğanın mərkəzində küləyin sürəti saniyədə 20 metrə, şiddətlə əsdikdə isə 30 metrə çatır. Hönşü adasına çatdıqdan sonra onun sürətinin saniyədə 35 metr olacağı proqnozlaşdırılır.

Hazırda qasırğanın Tokionun qonşuluğunda yerləşən Çiba prefekturasından 230 kilometr cənub-şərqdə olduğu və şimal-şərq istiqamətində hərəkət etdiyi bildirilir. Qasırğanın hərəkət istiqamətində yerləşən Fukuşima, Miyaqi və İvate prefekturalarının sakinlərinə daşqınlar və torpaq sürüşmələri barədə xəbərdarlıq olunub.

Olimpiya Oyunlarının təşkilat komitəsi bu ərəfədə qasırğaya görə bəzi yarışların tarixinin dəyişdirildiyini elan edib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi