Deputat Jalə Əhmədova: Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır

Bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri gündəmin əsas mövzularından biri kimi mühüm əhəmiyyət kəsb edir. Bu səfər tərəfdaşlığımızın göstəricisi olmaqla bərabər, Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir ki, bu da ölkəmizin hədəflərinə tam uyğundur.

Bu sözləri Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat vurğulayıb ki, bu gün Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Bu il isə Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ticarət dövriyyəsinin həcmi 6,8 milyard ABŞ dolları təşkil edib. 1700-dən çox Avropa şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu, bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirməklə yanaşı, Azərbaycanın üzv dövlətlərlə ikitərəfli əlaqələrdə fəallığını göstərir. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.

Deputat söyləyib: “Enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqı ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Ötən illər ərzində enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması, 2020-ci ilin sonunda isə onun sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin istismara verilməsi mühüm tarixi əhəmiyyətə malikdir. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, gələcəkdə Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artırılacaq. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik etməsi bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Bu gün Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Bundan başqa, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Əminik ki, Azərbaycanın qaz təchizatçısı kimi potensialı gələcəkdə daha da artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir”.

O əlavə edib ki, bu nəhəng nəqliyyat infrastruktur layihələrinə nəzər saldıqda, əminliklə deyə bilərik ki, bütün bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətini göstərir: “İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bunun üçün mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir. Belə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil, Avropa İttifaqının prioritet hesab etdiyi iki istiqamət – iqlim dəyişməsi və rəqəmsal inqilab sahəsində birgə başlanılan layihələrin əsasında olmalıdır.

Bundan başqa, bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli və etibarlı dövlət olmasından xəbər verir. Ona görə də Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Bununla yanaşı, Avropa İttifaqı sərhədlərin delimitasiyası və regional əməkdaşlıq səylərində də yaxından iştirak etmək əzmindədir”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib