Moldovadakı soydaşlarımız UNESCO, UNEP, “Greenpeace” və Milli Coğrafiya Cəmiyyətinə Oxçuçay fəlakəti ilə bağlı müraciət edib

Moldova Azərbaycanlıları Konqresi (MAK) Oxçuçay fəlakəti barədə Moldovanın UNESCO-dakı Milli Komissiyasına, UNEP-in regional nümayəndəliyinə, “Greenpeace” beynəlxalq təşkilatına və Milli Coğrafiya Cəmiyyətinə (National Geographic Society) müraciət edib.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elcin Bayramovun imzası ilə beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistan və Almaniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və ölkə ərazilərinin böyük bir hissəsinin suvarılmasında əhəmiyyətli rol oynayan Araz çayına tökülən Oxçuçayın zəhərli maddələrlə çirkləndirilməsindən dərin narahatlıq ifadə edilib. Azərbaycanın ətraf mühitinə, unikal flora və faunasına dəhşətli ziyan vurulduğu, yaranmış vəziyyətin insan sağlamlığına böyük təhlükə olduğu, ekoterrorun miqyasının bütün bölgə üzrə genişlənə biləcəyi nəzərə çatdırılıb.

Moldovadakı soydaşlarımız beynəlxalq təşkilatları Oxçuçay ərazisindəki ekoloji vəziyyətin normallaşdırılması və dağıdılmış ekosistemin bərpası naminə dərhal hərəkətə keçməyə və lazımi tədbirlər görməyə çağırıblar. 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

   

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi