Bələdiyyə sədrinə cinayət işi açıldı

Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri Cəmaləddin Nuriyev barədə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, Nuriyev Camaləddin Müzafəddin oğlu Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham olunur.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP