Fiziki şəxs evini və ya obyektini satarkən vergi ödəməlidir

Vergi Məcəlləsinin 198.1.1 –ci maddəsinə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin hər kvadratmetrinə görə dərəcələr tətbiq olunur.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bina Bakı şəhərində yerləşdiyi halda, verginin məbləği həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə hesablanır. Belə ki, vətəndaş 3 il və ya daha çox müddətdə həmin ünvanda qeydiyyatdadırsa, bu zaman həmin əmlakın satışı üzrə vergidən azaddır.

Həmçinin qanunvericiliyə görə, vətəndaşın şəxsi mülkiyyətində olan yaşayış sahəsinin satışı zamanı bu şəxsin həmin ünvana qeydiyyatda olub-olmamasından asılı olmayaraq ümumi sahənin 30 kvadratmetrədək olan hissəsi vergidən azaddır.

Fiziki şəxsin əmlakı bağışlanma və ya vərəsəliklə digər ada keçdiyi halda da vergi hesablanmır. Lakin vətəndaş 5 ildən az müddətdə sahibi olduğu yaşayış sahəsini satarkən zonalara uyğun olaraq vergi hesablanır.

Məsələn, fiziki şəxs sahibi olduğu evi digər bir fiziki şəxsə satır. Sahəsi 100 kvadratmetr olan ev Bakı şəhərində 2-ci zonada yerləşir. Evi satan şəxs bu evdə 2 ildir qeydiyyatdadır. Bu hal üçün sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

100 – 30 = 70 m2.

70 x 3 x 15 manat = 3 min 150 manat.

Vergi notarius tərəfindən hesablanır və bir bank günü ərzində dövlət büdcəsinə ödənilir. Notarius vasitəsilə aparılan əməliyyatlar üzrə verginin hesablanmasına və verginin dövlət büdcəsinə ödənilməsinə görə məsuliyyəti notariat orqanı daşıyır. Notarius vergini əməliyyat zamanı birbaşa satıcı tərəfdən tutur. Qeyri-yaşayış sahələri təqdim edilərkən də buna oxşar olaraq vergilər notarius tərəfindən hesablanır və tutulur.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi