Millət vəkilinin dəstəyi ilə “Təmrin” dərgisinin xüsusi sayları işıq üzü gördü – FOTO

Artıq ikinici ildir ki, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə Mərkəzi və Türkiyənin “Təmrin” dərgisinin birgə layihəsi-“Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi həyata keçiririlir.
Layihə çərçivəsində indiyədək “Təmrin” dərgisinin Rəsul Rza, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadəyə həsr olunuş xüsusi sayları işıq üzü görüb.
Azərbaycanın görkəmli dramaturqu, maarifçisi Mirzə Fətəli Axundzdənin anadan olmasının 143-cü il dönümü ərəfəsində isə dərgisini xüsusi Mirzə Fətəli Axindzadə sayı işıq üzü gördü.
“Xüsusi say” Ümummilli lider Heydər Əliyevin bu sözləri ilə acılır: “Mirzə Fətəli Axundzadənin yaradıcılıq yolunu səciyyələndirən tarix səhifələrini vərəqləyərkən biz böyük iftixar hissi keçiririk ki, xalqımız ağır zamanlarda gerilik, dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət, öz dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir insan yetişdirmişdir.”
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük ədiblə bağlı yüksək fikirləri təqdim olunur: ” Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır…”
Dərginin 116-cı “xüsusi say”ında Xalq yazıçısı Anarın, millət vəkili Cavanşir Feyziyevin, akademik İsa Həbibbəylinin, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın, professor Cavanşir Yusiflinin, f.f.e.d. Şahbaz Şamıoğlunun, ədəbiyyatşünaslar Mətanət Vahid və Tural Adışirinin, şair Səlim Babullaoğlunun maraqlı məqalələri dərc edilib. Eyni zamanda görkəmli dramturqun həyat və sənət barədə fikirləri, geniş bioqrafiyası, Şəki və Tiflisdəki ev muzeylərindən geniş foto-materiallar, habelə Bakıda şairin adının əbədiləşdirilidiyi abdilər və yerlərin fotoları, zaman-zaman M.F.Axundzadə ilə bağlı fikir söyləmiş, dünyanın və Azərbaycanın tanınmış insanlarının fikirləri yer alıb.
“Milli dünyagörüşümüzün inkişafında Mirzə Fətəli Axundzadənin rolu” ( Şərqin Volteri – Mirzə Fətəli Axundzadə) yazısını millət vəkili, Cavanşir Feyziyev bu sözlərlə bitirir : “Azərbaycan mədəniyyət düşüncəsinin milliləşməsində, ictimailəşməsində, siyasiləşməsində, müasirləşməsində və demokratikləşməsində, dünyaya açıqlıq keyfiyyətləri qazanaraq universallaşmasında həlledici tarixi rol oynayan Mirzə Fətəli Axundzadə ilə, doğrudan da, tariximizin köhnə dövrü bitir, yeni zaman başlayır. Heç şübhə yoxdur ki, yeni zamanda Azərbaycanın müstəqilləşməsində, suveren demokratik respublika kimi dünya dövlətləri arasında özünəlayiq yer tutmasında Mirzə Fətəli Axundzadə ideyalarının xüsusi payı və həlledici əhəmiyyəti olub”.
“Xüsusi say”ın nəşrə şair Səlim Babullaoğlu hazırlayıb. Dərginin naşiri Şərəf Yılmaz, layihənin kordinatoru Bəxtiyar Səlimov, mətnlərin türkcəyə tərcüməçisi Ömər Kiçikməhmədoğludur.
Dərgi Türkiyənin bir çox kitabxanalarına, habelə təhsil müəssisələrinə təqdim edilir. Və Mirzə Fətəli Axundovun çağdaş Türkiyədə tanıdılması istiqamətində ilk böyük nəşrdir.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP
  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib