Odessada Azərbaycan Evi açılıb

30 mindən çox azərbaycanlının yaşadığı Odessa vilayətində Azərbaycan diasporunun “Birlik”ofisi -Azərbaycan evinin açılışı olub.  Açılış mərasimində  Diasporla İş üzrə Dövlət Komitəsi, Odessa meriyası, Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsi təmsil olunub. 

“Birlik” təşkilatı İdarə Heyətinin sədri Rövşən Quliyev qonaqları salamlayaraq, Azərbaycan  evinin açılmasının diasporun təşkilatlanması yolunda atılmış mühüm addım olduğunu diqqətə çatdırıb. 

Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Daşqın Rəcəbli çıxış edərək, bu gün dünyanın müxtəlif ölkələrindəki Azərbaycan evlərinin uğurlu fəaliyyətini qeyd edib və “Birlik”ofisi-Azərbaycan evinə, o cümlədən Odessada yaşayan soydaşlarımıza uğurlar arzu edib. 

Komitənin şöbə müdiri Ruslan Quliyev Ukrayna və Azərbaycanın dostluq münasibətlərinin qədim tarixə malik olması  və bu münasibətlərin  bu gün də uğurla davam etməsi barədə fikirlərini bölüşüb. 

Daha sonra, Odessa vilayətinin Azərbaycan diasporu idarə heyətinin üzvü Fazil Əsgərov  çıxış edib, Azərbaycan evinin açılmasını məqsədəuyğun hesab etdiyini və bu addımı Ukraynadakı  diasporumuza göstərilən qayğı kimi qiymətləndirdiyini bildirib. 

Açılış mərasiminə qatılan Odessa Şəhər Meriyası Mədəniyyət və Turizm şöbəsinin müdiri Tatyana Markova çıxış edərək, Azərbaycan diasporuna uğurlar arzu edib.

Odessada bu günə qədər mövcud olan  3 Azərbaycan diaspor təşkilatının birləşməsi nəticəsində yaranan “Birlik” təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi  və onun nəzdində mədəni-məlumat mərkəzi, hüquqi yardım və məsləhət xidməti, həftəsonu Azərbaycan məktəbi, həmçinin rəqs məktəbinin  təşkili planlaşdırılır. 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi