Mixail Şevçenko: Rusiya Azərbaycanı tamamilə itirdi

Şevçenko Şuşa Bəyannaməsindən sonra Rusiyanın Azərbaycanı tamamilə itirdiyini deyib.

Rusiyalı jurnalist, siyasi və ictimai xadim, hüquq müdafiəçisi Mixail Şevçenko Şuşa Bəyannaməsi barədə danışıb. Jurnalist Şuşa Bəyannaməsinin vacib sənəd olduğunu və əsas bəndlərinə görə Rusiyanın Azərbaycanı tamamilə əldən verdiyini söyləyib.

“Rusiya həmişə Ermənistanı dəstəkləyib, Heydər Əliyev də bilirdi ki, Rusiya ermənipərəstdir, işğalı dəstəkləyir, Azərbaycanın mədəni irsinin məhvinə göz yumur. Rusiyanın ən böyük boşluğu ondan ibarətdir ki, o, münaqişənin müharibə yolu ilə həll edilməsinə gətirib çıxardı, halbuki sülh yolu ilə həll etmək olardı. Beləliklə, Türk hərbi qüvvələrinin Azərbaycandakı mövcudluğunun dövlətlərarası razılaşmalara görə tamamilə qanuni əsaslarla həyata keçirilməsinə şərait yaratdı. Rusiya səhv etdi, amma Türkiyə də Azərbaycan kimi dost ölkədir. Əlbəttə ki, mən Rusiyanın bu dövlətlərlə əlaqələrinin möhkəmləsinin tərəfdarıyam, o cümlədən hərbi əməkdaşlığının”, – deyə Şevçenko vurğulayıb.

Daha sonra o deyib:

“Şuşa Bəyannaməsinin 2-ci bəndində görə, əgər erməni silahlı qüvvələri birdən hücum etmək, yaxud müharibəyə başlamaq fikrinə düşsələr, Türkiyə müdaxilə edə bilər. Ərdoğanla Əliyevin görüşü Putinlə Baydenin görüşü ilə üst-üstə düşməsi təsadüfi deyil. Ərdoğan da, Əliyev də bilirdi ki, Cenevrədə Qarabağ məsələsi mütləq müzakirə olunub.

Zəngəzur dəhlizi barədə prezident Ərdoğan konkret olaraq ermənilərə müraciət edərək dedi ki, niyə bu dəhlizinin açılmasını istəmirsiniz, müqavimət göstərirsiniz? O, sizin də qatarla Moskvaya getməyinizə imkan verəcək. Zəngəzur dəhlizi erməni xalqı üçün də, Azərbaycan üçün də, Türkiyə üçün də, Rusiya üçün də faydalıdır”.

Şevçenko Ter-Petreosyanın Koçaryanın müharibə istəyinə münasibətindən də danışaraq deyib:

“Koçaryan erməniləri müharibəyə səsləyir. Amma Ermənistanda ağıllı adamlar da var. Birinci prezident Levon Ter-Petrosyan Robert Koçaryanın Hadrut və Şuşanın qaytarılması barədəki çıxışını şərh edərkən deyib ki, kim Azərbaycanı oradan çıxara bilər? Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi sayır. Müharibədə də heç kim Azərbaycanı ittiham etmədi. Ter-Petrosyan çox ağıllı fikir söylədi ki, bu, problemlərə səbəb ola bilər, Qarabağın Azərbaycanınkı olmasını məcbur edəcəklər ki, qəbul edək. Ermənistanda belə ağıllı adamlar qalıbsa, hələ nəsə etmək olar.

Koçaryanın axmaq fikirlərindən sonra Ermənistan XİN daha sərsəm bəyanat verdi. Bu, “feyk” deyil, XİN-nin bəyanatıdır. Belə çıxır ki, bütün dünya Şuşanın Azərbaycanın olduğunu, Azərbaycanın işğala məruz qaldığını qəbul edir, tanıyır, Ermənistan tanımır. Mən başa düşə bilmirəm, biz kiminlə iş görürük, Ermənistanla, yoxsa lobbilərlə? Petrosyan düşüncəli adamdır, bəs bunlar kimdir? Azərbaycanlılar müzakirə edirlər, axı sizin heç xarici işlər naziriniz yoxdur. Kim yazıb bu bəyanatı, kim cavab verəcək?”

Daha sonra Şevçenko ermənilərə müraciət edib:

“Özünüzə gəlin, Ermənistanda ağıllı hökumət qurmaq lazımdır. Türkiyə ilə, Azərbaycan ilə sərhədləri açın. Özünüzünkü saydığınız məbədləri, kilsələri bərpa edin, keşişləri ora buraxın. İnanıram ki, Əliyev də, Ərdoğan da zamin duracaqlar təhlükəsizliyinizə. Nəyə görə bunları etmirsiniz, ermənilər? Belə axmaq fikirləri blogerlər yazmayıb, beynəlxalq qanunlara qarşı çıxaraq xarici işlər nazirliyi yayıb. Televiziyada hansısa bir qadın Metsamoru partlatmaq barədə danışır. Deyir ki, Metsamoru partladaq, biz batırıqsa, qoy bütün dünya məhv olsun. Bu axmaqlığa, şizofreniyaya nə vaxt son qoyulacaq? Haçan normal əlaqələrimiz olacaq? Mən hesab edirəm ki, Şuşa bəyannaməsi buna vacib siqnaldır. Çox istərdim ki, Ermənistan prezidenti Türkiyə, Azərbaycan və Rusiya prezidentləri ilə Şuşada və yaxud Xankəndidə görüşsün. Ermənilərin İrəvandan Bakıya gəlib Xəzər dənizində çimməsini görmək istəyirəm. Amma bu cür axmaq insanlarla bu, çətin baş verə”, – deyə Şevçenko bildirib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib