Azərbaycanlı məktəblidən nümunəvi addım

S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasını bu il bitirən Toğrul Mahmudlu Azərbaycan tarixində izlər qoyan şəxsiyyətlərin şagirdlər arasında tanınması üçün onlar haqqında məlumatları və böyüdülmüş şəkillərini məktəbə hədiyyə edib. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, AXC-nin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri Xosrov bəy Sultanovun və onun qardaşı xalq qəhrəmanı Sultan bəy Sultanovun gimnaziyaya hədiyyə olunan şəkilləri təhsil ocağında yeni yaradılacaq tarix guşəsində asılacaq. Xatırladım ki, Xosrov bəy Sultanov 1919-cu il yanvarın 15-də Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin il martın 21-də erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələrini Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri mayın 30-da darmadağın etmiş, Xankəndi və Şuşa geri alınmışdır. Xosrov bəy və Sultan bəy qardaşlarının Qarabağın müdafiəsində əvəzsiz xidmətləri olub. 

Tariximizin öyrənilməsində yeni nəslin bu cür nümunəvi addımlar atması olduqca sevindiricidir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi