Ermənistanın qəbuledilməz davranışı Avstraliyanın siyasi dairələrinin nəzərinə çatdırılıb

Sidney şəhərində fəaliyyət göstərən Avstraliya–Azərbaycan–Türk Dostluq Birliyinin təşəbbüsü ilə Avstraliya İttifaqının siyasi dairələrinə azərbaycanlı jurnalistlərin mina partlayışında həlak olmasına etiraz əlaməti olaraq bəyanat göndərilib.  

Birliyin rəhbəri İmaməddin Qasımovun imzası ilə senatorlar, nazirlər və palata üzvləri daxil olmaqla, ümumilikdə 227 rəsmi şəxsə ünvanlanan bəyanatda Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən yerləşdirilmiş minaların xəritələri ilə bağlı rəsmi İrəvanın qəbuledilməz davranışı, bu hərbi cinayət nəticəsində ötən ilin noyabrından indiyədək 120-dən çox Azərbaycan vətəndaşının həlak olması və yaralanması nəzərə çatdırılıb. 4 iyun 2021-ci il tarixində baş vermiş növbəti mina partlayışında xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlərin həlak olduğu qeyd edilib. 

Azərbaycanlı icmasının mövcud durumdan narahat olduğunu vurğulayan birlik sədri Avstraliya hökumətini, parlament üzvlərini və digər müvafiq dövlət orqanlarını Ermənistanın davam edən təxribatlarını və mina xəritələrini verməkdən imtina etməsini qınamağa çağırıb: “Bu, təkcə mülki sakinlərə hücum deyil, həm də azad sözə və jurnalist fəaliyyətinə qarşı açıq-aşkar həyata keçirilən dəhşətli terror aktıdır”.  

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi