Yunus Oğuz: Şuşa Bəyannaməsi bizim birliyimizin, həmrəyliyimizin, diplomatiyamızın qələbəsidir

Azərbaycan-Türkiyə dostluğunun, əməkdaşlığının zirvəsi olan Şuşa Bəyannaməsi çox mühüm sənəddir. Belə bir mühüm tarixi sənədin imzalanması məsələsinə siyasi partiyalar seyrçi qala bilməzdilər. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar iyunun 16-da bu Bəyannaməyə dəstək nümayiş etdirdilər. Təbii ki, bu məsələdə Azərbaycan ictimaiyyətinin rəyinə təsir göstərən insanlar da dəstəklərini əsirgəmirlər. Bizim gücümüz birliyimizdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz söyləyib.

Qars müqaviləsinin davamı olan Şuşa Bəyannaməsinin Azərbaycan dövlətinin və xalqının gələcəyini müəyyənləşdirdiyini bildirən partiya rəhbəri deyib: “Heç kimə sirr deyil ki, Qars müqaviləsi Naxçıvanın taleyini müəyyənləşdirdi. 1921-ci ildə Türkiyə Böyük Millət Məclisinin və Zaqafqaziya Sovet Sosialist Respublikası (Azərbaycan, Rusiya və Gürcüstan) arasında bağlanan sülh müqaviləsi Naxçıvanı təhlükədən qurtardı. Məhz Qars müqaviləsi sayəsində ermənilər oraya çox hücum edə bilmirdilər”.

Y.Oğuz vurğulayıb ki, 15 İyun – Milli Qurtuluş Günündə Azərbaycanla Türkiyə arasında birgə müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycanın təhlükəsizliyi təmin olundu. Burada söhbət siyasi, hərbi, iqtisadi və ən əsası, ərazi təhlükəsizliyindən gedir. Bu mühüm tarixi sənədlə gələcəyə bir yol, etibarlılıq yarandı. Düşünürəm ki, yüz illərlə, iki yüz illərlə davam edəcək müqaviləyə etinasız qalmaq, münasibət göstərməmək ölkədə fəaliyyət göstərən siyasi partiyaların mövcudluğuna şübhə yaradardı. Milli maraqlar olan yerdə siyasi baxışlar ikinci yerdə gəlir. Bu məsələdə iqtidar və müxalifət söhbəti yoxdur və olmamalıdır. Hamımız bir, həmrəy olmalıyıq.

Partiya sədri bildirib ki, Azərbaycanın dövlətinin, dövlətçiliyinin gələcəyə gedən yolunda siyasi partiyalar da iştirak edir və bundan sonra da iştirak edəcəklər. Siyasi partiyalar Azərbaycan xalqının maraqları çərçivəsində milli və dövlətçilik məsələlərində iqtidarla həmişə bir olacaq, həmrəylik nümayiş etdirəcək. Belə addımlar atmaqla Azərbaycan dövlətinin inkişafına öz töhfəmizi verəcəyik.

“Bütün dünya Azərbaycan dövlətinin, xalqının və siyasi partiyaların həmrəyliyini, bir olduqlarını 44 günlük Vətən müharibəsində gördü. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər qazanaraq tarix yazdı. Hamı bir nəfər oldu və bir yumruq altında birləşdi. Biz həm hərb meydanında, həm də diplomatiyada gücümüzü göstərdik, həmrəyliyimizi nümayiş etdirdik. Şuşa Bəyannaməsi bizim birliyimizin, diplomatiyamızın qələbəsidir. Tarixdən faktlar var ki, hərb meydanında qələbə qazanan dövlət masa arxasında uduzub. Amma biz həm hərb meydanında, həm də masa arxasında da qalib gəldik. Şuşa Bəyannaməsi də məhz bunun təsdiqidir”, -deyə Y.Oğuz fikirlərinin yekunlaşdırıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi