Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Özbəkistanda keçirilən beynəlxalq tədbirə qatılıb

Özbəkistanda “Qadın və rəqəmsal iqtisadiyyat. Qadın sahibkarlığının qlobal inteqrasiyası” mövzusunda beynəlxalq oflayn və onlayn dəyirmi masa keçirilib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından (AQSİA)  bildirilib ki, tədbir “Sharq Ayoli – Woman of east” beynəlxalq qadınlar ictimai fondu, Özbəkistan Respublikası Ədliyyə Nazirliyi, “Yuksaliş” ümummilli hərəkatı, USAID-in sahibkarlığın və biznesin inkişafı layihəsi, Özbəkistan Ticarət-Sənaye Palatası tərəfindən təşkil olunub.

Tədbirə 11 ölkənin qadın təşkilatları qatılıb. Beynəlxalq toplantıda ölkəmizi AQSİA-nın sədri Səkinə Babayeva təmsil edib. Tədbirdə, həmçinin Rusiya Federasiyası Ticarət-Sənaye Palatası yanında Rus-Ərəb İşgüzar Şurasının sədri, “Biznes Qadınları” Ümumrusiya ictimai təşkilatının prezidenti Tatyana Qvilava, İslam biznesi beynəlxalq assosiasiyasının qadınlar qolunun rəhbəri, Rusiya və Tatarıstan müsəlman qadınlar birliyinin sədri Nailya Ziqanşina, habelə Mozambik, Rusiya, Belarus, Latviya, Özbəkistan və digər ölkələrdən olan qadın təşkilatları iştirak ediblər.

Dəyirmi masa əsnasında “Sharq Ayoli” beynəlxalq qadınlar ictimai fondu ilə Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası və İslam biznesi beynəlxalq assosiasiyasının qadınlar qolu arasında Azərbaycan və Tatarıstanda fəaliyyət göstərən qadın sahibkarlara elektron ticarətin əsaslarının öyrədilməsi mövzusunda seminarlara başlamaqla bağlı razılıq əldə olunub.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi