Xarkovda “Xarı bülbül” Azərbaycan dili məktəbi açılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xarkov şəhərində Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) nəzdində yaradılan “Xarı bülbül” Azərbaycan dili məktəbinin açılış mərasimi olub. 

Təntənəli tədbirdə Ukraynada fəaliyyət göstərən diaspor  təşkilatlarının –  Xarkovdakı “Dostluq” Azərbaycan–Ukrayna Cəmiyyətinin, Dnepr Azərbaycanlıları Liqasının İdarə Heyətinin üzvləri və yerli dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Qonaqlar məktəblilərə müxtəlif məktəb ləvazimatları, Azərbaycan dilində bədii kitablar və xüsusi olaraq diaspor məktəbləri üçün nəşr edilmiş dərsliklər hədiyyə ediblər.

Mərasimdə UABD sədri Hikmət Cavadov və başqaları çıxış edərək, Azərbaycan dilində məktəbin açılması münasibətilə soydaşlarımızı və onların övladlarını təbrik edib, məktəbə rəhbərlik edən “Aynur – Xatun” təşkilatının sədri Kiyafət Cəfərovaya təşəkkürünü bildirib. 

Məktəb sentyabr ayından fəaliyyətə başlayacaq və öz qapılarını şagirdlərin üzünə açacaq. Məktəbdə Azərbaycan dili və ədəbiyyatı, tarixi və digər fənlər tədris olunacaq. Qeyd edilib ki, ana dili hər bir millətin ən böyük nemətidir və xaricdə yaşayan azərbaycanlıların övladları yerli cəmiyyətə inteqrasiya olunmaqla yanası, öz doğma dilini unutmamalı və onu mükəmməl şəkildə mənimsəməlidirlər. 

Tədbir çərçivəsində Xarkovda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının aparıcı şəxslərilə diasporun inkişafına dair müxtəlif aktual məsələlər barədə ətraflı fikir mübadiləsi də aparılıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi