Gənc soydaşımız Türkiyədəki milli rəsm müsabiqəsinin qalibidir

 

Qardaş ölkədə keçirilən XIX Türkiyə milli rəsm müsabiqəsində həmyerlimiz Orxan Orucov birinci yeri tutub. 

İzmir Özəl Türk Kollecinin təşkil etdiyi müsabiqədə Türkiyənin 81 bölgəsində fəaliyyət göstərən bütün incəsənət yönümlü liseylərin və kolleclərin tələbələri iştirak ediblər. Ümumilikdə müsabiqəyə 872 rəsm əsəri təqdim edilib. İşılay Sayğın adına İzmir Dövlət İncəsənət Liseyinin builki məzunu, hazırda İzmir şəhərində yaşayan həmyerlimiz Orxan Orucov müsabiqəyə “Leylanın portreti” əsəri ilə qatılıb. Əsərin qəhrəmanı Orxanın 15 yaşındakı bacısı Leyladır. Leyla Orucova İzmir Dövlət Konservatoriyasının liseyində musiqi təhsili alır.     

Münsiflər heyətinin açıqladığı nəticəyə görə, birinci yeri “Leylanın portreti” əsəri tutub. Gənc soydaşımızın mükafatı 3 min lirə təşkil edir. Orxan Orucov bu milli müsabiqədə qalib gələn ilk azərbaycanlıdır. 

Gənc rəssamımız 2003-cü ildə Azərbaycanın Naxçıvan şəhərində doğulub, amma 14 il ailəsi ilə birlikdə Ukraynanın Xarkov şəhərində yaşayıb, rəsm və animasiya dərnəklərində təhsil alıb. 2013-cu ildə fin animator Maiki Kantolanın rəhbərliyi ilə animasiya filminin çəkilişlərində iştirak edib. Bu film Ukraynadakı “Dityatko” film festivalında mükafat qazanıb. 

2014-cü ildə ailəsi ilə bərabər Türkiyənin İzmir şəhərində köçüb. Təhsilini İşılay Sayğın Dövlət İncəsənət Liseyində davam etdirib və lisey tələbəsi kimi qatıldığı müxtəlif rəsm müsabiqələrində birinci yeri tutub. Onun əsərləri liseyin rəsm qalereyasında nümayiş etdirilir. Orxan ali təhsilini Türkiyə universitetlərinin birində animasiya ixtisası üzrə davam etdirməyi planlaşdırır. 

Qeyd edək ki, Orxan Orucovun atası Elçin Orucov beynəlxalq “Tartoniks” animasiya layihəsinin rəhbəri, babası Sabir Məmmədov isə Naxçıvanın tanınmış peşəkar rəssamlarından biridir. 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi