Əlağa Şıxlinskinin nəslinin davamçısı Flüra Şıxlinskayanın 90 yaşı tamam olub

Qırğızıstan Azərbaycanlılarının “Azəri” İctimai Birliyi və Qırğızıstan Xalqları Assambleyası bu ölkənin Kant şəhərində yaşayan soydaşımız Flüra Almaz qızı Şıxlinskayanı 90 illik yubileyi münasibətilə təbrik edib.  

AZƏRİ İctimai Birliyinin prezidenti, Əməkdar hüquqşünas Əzizağa Əliyev bildirib ki, Qırğızıstan Xalqları Assambleyasının sədri Abduqani Erkebayev və bir qrup ziyalı ilə birlikdə Flüra xanımı evində ziyarət ediblər. Qonaqlar yubilyarı həm də ADR-in yaradılmasının 103-cü ildönümü münasibətilə təbrik ediblər. Yubilyara Qırğızıstan Xalqları Assambleyasının medalı, xatirə hədiyyələri və gül-çiçək dəstəsi təqdim edilib.

Qeyd edək ki, Flüra xanım Azərbaycan Demokratik Cümhuriyyətinin Milli Ordusunun qurucularından biri olan general-leytenant Əlağa Şıxlinskinin nəslinin davamçılarından biridir. O, 1931-ci ildə Azərbaycanin Qazax rayonunda dünyaya göz açıb. Stalin dönəmində ailəsi ilə birlikdə Orta Asiyaya – Aral gölü ətrafına, oradan isə Qazaxıstanın Cambul vilayətinin Korday rayonuna sürgün edilib. Qırğız Dövlət Universitetini bitirən ilk azərbaycanlı xanım olub. Taleyini təyinatını aldığı Kant şəhərinə bağlayıb. Buradakı orta məktəbdə rus dili və ədəbiyyat müəllimi, dərs hissə müdiri və məktəb direktoru olub. SSRİ və Qırğızıstan SSR-in “Təhsil əlaçısı” döş nişanına, 2005-ci ildə Kant şəhərinin fəxri vətəndaşı adına layiq görülüb. 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi