Bu gün şagirdlər buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

DİM-dən  verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Bu gün imtahanlar Naxçıvan MR-də, Şirvan və Sumqayıt (1-ci hissə) şəhərlərində, Gəncə şəhərinin Nizami rayonunda, Ağstafa, Astara, Daşkəsən, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Şabran, Ucar, Yardımlı, Yevlax və Zərdab rayonlarında keçiriləcək. İmtahanda 20438 şagirdin iştirak edəcəyi gözlənilir.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xatırladaq ki, iyunun 2-3-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 185 imtahan binası, 3051 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 185 ümumi imtahan rəhbəri, 503 imtahan rəhbəri, 3702 nəzarətçi-müəllim, 370 buraxılışı rejimi əməkdaşı (mühafizə), 185 bina nümayəndəsi ayrılıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi