İstanbulda Azərbaycan–Türkiyə münasibətlərindən bəhs edən jurnal dərc edilib

 

Türkiyənin İstanbul Universitetində fəaliyyət göstərən Azərbaycan–Türkiyə Qardaşlıq və Həmrəylik Birliyinin təşəbbüsü və dəstəyi ilə “Dünden bugüne Azerbaycan Türkiye İlişkileri” (“Dünəndən bugünə qədər Azərbaycan–Türkiyə münasibətləri”) adlı jurnal dərc olunub.

28 may – Respublika günü çərçivəsində dərc olunmuş jurnal Qarabağ uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Jurnalda 103 il öncə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi yola nəzər salınıb, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan–Türkiyə münasibətlərinin dərinləşməsində tarixi xidmətlərindən geniş bəhs olunub. İki qardaş ölkə arasında mövcud münasibətlərin yüksək səviyyədə inkişafından, ictimai-siyasi, iqtisadi, humanitar, elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində əlaqələrdən danışılıb, Azərbaycanın görkəmli elm xadimləri barədə  məlumat verilib. 

Türkiyənin bir sıra şəhərlərində jurnalın təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur. Jurnalın elektron versiyası ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://www.yumpu.com/tr/document/read/65665245/dunden-bugune-azerbaycan-turkiye-iliskileri

 

 Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi