Tehrandakı güclü yanğın nəzarətə götürüldü – VİDEO

Tehranın neft emalı zavodunda dizel yanacağı saxlanılan çənlərində baş vermiş yanğın nəzarətə götürülüb.

Bunu Tehran Neft Emalı Zavodunun mətbuat katibi Şakir Xəfayi deyib.

O bildirib ki, günün ikinci yarsında yerli vaxtla saat 19:30-da başlayan yanğın zavodun dizel saxlanılan anbarında baş verib və 20 min barel dizel yanacağı yanıb: “Hazırda yanğın nəzarətə götürülüb və onun digər neft saxlama çənlərinə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğın dizel yanacağı saxlama çənlərində baş verdiyi üçün onu söndürmək mümkün deyil və yalnız yanğını nəzarətə götürməklə həmin yanacağın tam yanıb sönməsini gözləmək lazımdır”.

Saat 20:50

Bu dəqiqələrə qədər Tehran neft emalı zavodunun 18 neft çəni güclü yanğın nəticəsində yanıb.

Yanğın güclü olduğundan neft saxlama çənləri bir-birinin ardınca yanıb.

Yanğınsöndürənlər yanğını söndürməkdə çətinlik çəkirlər.

Hələlik yanğında xəsarət alanlar barədə məlumat verilməyib.

***

Saat 20:02

İranın paytaxtı Tehran şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

Yanğının zavodda maye qaz nəql edən boru kəmərində baş verdiyi bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Tehrandakı bütün neft emalı zavodlarında iş dayandırılıb. Əhalidən yolların açıq saxlanılması istənilib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib