Monteneqronun Lovçen zirvəsində Azərbaycan bayrağı dalğalandırılıb

 

Azərbaycan–Monteneqro İqtisadi və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Monteneqronun dövlətçilik rəmzi hesab edilən Lovçen dağının zirvəsində Azərbaycan bayrağı dalğalandırılıb.

Mərkəzin direktoru Seyran Mirzəzadə bildirib ki, 28 May – Respublika Günü münasibətilə soydaşlarımız monteneqrolu dostları ilə birlikdə Lovçen dağının ən yüksək zirvəsində yerləşən Milli Parkı və Monteneqro hökmdarı II Petar Petroviç Nyeqoşun məqbərəsini ziyarət ediblər. Aksiya zamanı Azərbaycan və Monteneqro bayraqları dalğalandırılıb. Tədbirin gedişində Monteneqronun dövlət televiziya və radiosuna Azərbaycanın Respublika günü barədə müsahibə verilib.

Eyni zamanda, Azərbaycan–Monteneqro İqtisadi və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Monteneqro və Bosniya xəbər saytlarında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 103-cü ildönümündən bəhs edən məqalələr də yayımlanıb. 

Bojidar Proroçiçin qələmə aldığı məqalələrdə bildirilib ki, 28 may tarixində Azərbaycanda Respublika günü qeyd edilir. AXC-nin yaranma tarixi, fəaliyyəti, ictimai-siyasi, iqtisadi və humanitar sahələrdə həyata keçirdiyi islahatlar, əldə etdiyi nailiyyətlər və süqutu barədə ətraflı məlumat verilib. 1991-ci ildə xalqımızın dövlət müstəqilliyini yenidən bərqərar etdiyi, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlər göstərdiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf edən ölkələrdən birinə çevrildiyi, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu nəzərə çatdırılıb.    

Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

http://www.bosnjaci.net/prilog.php?pid=72944&fbclid=IwAR0TC7aoBuypoY2gy_m2xbCzE-P-Xl5Bv_J-qMcRyZSn9dxY9vO2CGBChOY

http://crnogorskiportal.me/sadrzaj/5073?fbclid=IwAR1q-i1qluvzTpjjnf2lMwJG8ze4uqtHlRc_9FhxxjVax7PF6B2_m7xT6tE

https://odgovor.me/2021/05/28/azerbejdzan-slavi-103-godisnjicu-nezavisnosti-bozidar-prorocic/?fbclid=IwAR1jXJ7zRvtjnNnk8K-E0KmGASqUtSJQHKi11X702DoQX6PlacbjSQbb8XQ

https://bhdinfodesk.com/2021/05/28/azerbejdzan-slavi-103-godinsnjicu-nezavisnosti/?fbclid=IwAR07cbLiScwC3XWddN6Lu9eCnvjK7mXRTwhp1va3WjTQxflGnV31ZTZupqg

https://skalaradio.com/azerbejdzan-slavi-103-godisnjicu-nezavisnosti/?fbclid=IwAR2hHRtIEC7MiymYCLoolU0vrnm-VQDpagdgOb1Apirx8FXsKDOUisJ-xAg

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi