Türkiyənin Azərbaycanda hərbi baza qurmasına maneə yoxdur

“Ərdoğanın səfərindən öncə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsi Azərbaycan və Türkiyənin hərbi sahədə yeni addımlara hazırlaşmasından xəbər verir”.

Olaylar.az-ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı iyunun 3-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclasından danışarkən deyib.

O bildirib ki, Türkiyənin Azərbaycanda hərbi baza qura bilməsinə ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü maneə yaratmır:

“Türkiyənin hərbi bazalarının mövcud olduğu ölkələr arasında Qoşulmama Hərəkatına üzv olanlar da var: İraq, Somali, Livan, Əfqanıstan, Qətər və s. Bu ölkənin bazasının qurulması Azərbaycanın hansısa hərbi bloka qoşulması demək deyil və  iki ölkə arasında hərbi əməkdaşlığın səviyyəsi buna imkan verir. İstisna deyil ki, Yüksək Səviyyəli Hərbi Dialoq İclasında Türkiyənin Azərbaycan hərbi mövcudluğunun rəsmiləşdirilməsi məsələsi müzakirə olunacaq. Bu, indiki dövrdə hərbi baza kimi olmasa belə hansısa təmsilçilik formatında mümkündür”.

A.Nərimanlının sözlərinə görə, iclasda Ərdoğanın Bakı səfərində imzalanacaq sənədin hazırlığının həyata keçiriləcəyi ehtimalı böyükdür:

“Bu kontekstdə Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirovun “Anatolian Phoenix-2021” təliminin “Yüksək müşahidəçi günü”ndə iştirak etmək məqsədilə Konya şəhərinə getməsi diqqət çəkir və bu, Türkiyənin Azərbaycanda hərbi hava bazasının yaradıla biləcəyi versiyasını da ön plana çıxarır.

Mümkündür ki, hərbi mövcudluq (hərbi baza, yaxud təmsilçilik – hərbi hava bazası da ola bilər) Zəngilanda olsun. Bu bölgə Zəngəzur dəhlizinə yaxındır, Türkiyə bununla dəhlizin gələcək təhlükəsizliyini Naxçıvandan və Zəngilandan nəzarət altına alır. Son olaraq, Zəngilanda aeroportun inşası layihəsinin mövcudluğu da diqqət çəkir. Proseslərin inkişafı Ərdoğanın səfəri öncəsi Türkiyə və Azərbaycan generallarının qarşılıqlı səfərləri ciddi hazırlığın aparıldığını deməyə əsas verir”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Arzu Əliyeva “Harmoniya” sənədli filminin təqdimatında

    Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə…

    Paşinyan İlham Əliyevə təşəkkür etdi

    Ermənistanın Baş naziri Nikol Paşinyan ikitərəfli ticarətin başlanması üçün şərait yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, bu açıqlamanı Ali Avrasiya İqtisadi Şurasının iclasında verib. N. Paşinyan vurğulayıb…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir