Haaqa küçələrində Şuşa və Ağdamın gözəl guşələri əks olunub

Mayın 31-dən 3 ay (iyun, iyul, avqust) müddətində üzərində Azərbaycanın və Qarabağın gözəl guşələrinin, Şuşa, Ağdam şəhərlərinin reklamı yapışdırılmış 16 nömrəli tramvay Niderland Krallığının ikinci adminstrativ paytaxtı olan Haaqa (Den Haag) şəhərində reysə çıxıb. “OLAYLAR” xəbər verir ki, bu reklam aksiyasını “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi AR Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirib.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevadan aldığımız məlumata görə, 16 nömrəli tramvay Haaqa şəhərinin demək olar çox hossəsindən, xüsusilə də turistlərin çox olduğu, mərkəz, Parlament binası, Sülh sarayı, mərkəzi qatar vağzalı olan küçələrdən və eləcə də, yayda insanların axışdığı çimərlikdən də keçir. Hazırda Niderlandda koronavirus vaksinasiyalarının sürətlə getməsilə əlaqədar böyük yumşalmalar olub və hər yer, o cümlədən çimərlik də açılıb.

Reklam şəkillərində Azərbaycanımızın gözəl guşələrini və gözəlliklərini turistlərin və yerli əhalinin diqqətinə çatdırır, maraqlananlara QR kodu ilə ətraflı məlumat almaları üçün şərait yaradılıb. Düşünürəm ki, müharibə bitdikdən sonra artıq Azərbaycanımızı gözəllikləri ilə tanıtmalıyıq, xüsusilə də mədəniyyəti və turizmi ilə. 2 gün öncə də birliyimizin təşəbbüsü ilə belə bir reklam Niderlandın ən böyük qəzetlərindən biri olan AD ( Algemeen Blad) qəzetində çap edilmişdi.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi