“Washington Times” Azərbaycanın Respublika Günündən yazdı

Amerika–Azərbaycan Şurasının rəhbəri Cavid Hüseynovun təşəbbüsü ilə “Washington Times” qəzetində “Azərbaycan demokratik yol açdı” sərlövhəli məqalə dərc edilib.

Serpil Gülsenin qələmə aldığı məqalədə bildirilib ki, mayın 28-də Azərbaycan mənşəli amerikalılar Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) yaradılmasının 103-cü ildönümünü qeyd edəcəklər. Məqalədə əhalisinin əksəriyyətinin müsəlman olduğu ilk dünyəvi və demokratik respublikanın 23 ay ərzində əldə etdiyi nailiyyətlər sadalanıb, 1919-cu ildə qadınlara səsvermə hüququ verdiyinə, etnik, irqi və dini fərqlərdən asılı olmayan vahid vətəndaş kimliyinin inkişafına yol açdığına diqqət cəlb edilib.

1919-cu il Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşündən sonra ABŞ Prezidenti Vudro Vilsonun təəssüratlarını bölüşərkən azadlıq və ədalət fikirləri və anlayışları mövzusunda Azərbaycan liderlərinin “eyni dildə danışdıqlarını” vurğuladığı yada salınıb.

II Dünya müharibəsindən sonra ADR qurucularının sürgün edilmiş bəzi nəsillərinin Nyu Cersidə məskunlaşdıqları, 1957-ci ildə Amerika–Azərbaycan Cəmiyyətini təsis etdikləri, Cümhuriyyətin irsini qoruyub saxladıqları nəzərə çatdırılıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.washingtontimes.com/news/2021/may/20/letters-to-the-editor-azerbaijan-paved-democratic-/

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi