İsraildə 28 May – Respublika Günü münasibətilə virtual tədbir keçirilib

 

İsraildə fəaliyyət göstərən  “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiasının təşkilatçılığı ilə 28 May – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş virtual tədbir keçirilib. 

Onlayn tədbirə İsraildə yaşayan azərbaycanlı və yəhudi icmalarının 40-a yaxın üzvü qatılıb. Tədbirin moderatotu “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiasının İdarə Heyətinin üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bu tarixi hadisə ilə bağlı dünya azərbaycanlılarını və yerli ictimaiyyəti təbrik edib. Eyni zamanda, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkil etdiyi “YAŞAT” xeyriyyə marafonu ilə bağlı məlumatları bölüşüb. 

Tədbirdə tarixçi, kolleksioner Leonid Liflend, “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tov, tarixçi Fuad Axundov, mühəndis İosif Keylixis (heykəltəraş, Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi Yakov Kellixisin nəvəsi) və başqaları çıxış edərək, 103 il öncə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından danışıblar. Türk və islam dünyasına nümunə olan parlament respublikasının 23 aylıq fəaliyyəti zamanı əldə etdiyi nailiyyətlərə, xalqımızın azadlıq və müstəqillik mübarizəsi salnaməsinə qızıl hərflərlə həkk olunmuş 28 May tarixinin bütün dünyada qeyd olunmasına diqqət cəlb edilib. 

Tədbir çərçivəsində Azərbaycanda təşəkkül tapan bir sıra ənənələrdən, o cümlədən Azərbaycan çayının tarixindən və xüsusiyyətlərindən də ətraflı danışılıb. 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib