Nazirlik: Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti xüsusi təlimat əsasında təşkil ediləcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı qərara əsasən, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa ediləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, avtovağzal kompleksləri və sərnişin daşıyıcı şirkətlər dərhal zəruri hazırlıq işlərinə başlayıb və mayın 31-dək müvafiq xidmətləri göstərməyə tam hazır olacaqlar. Təhlükəsiz daşıma tədbirləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanmış xüsusi təlimat əsasında təşkil olunacaq.

Respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiya kompleksində avtonəqliyyat vasitələri, eləcə də avtovağzal ərazisi, gözləmə zalı gündəlik dezinfeksiya olunacaq. Sıxlığın qarşısının alınması məqsədilə daşımaların sərnişin axınına uyğun olaraq idarə edilməsi təmin ediləcək. Koronavirus əlamətləri olan sərnişin aşkar edildiyi təqdirdə davranış qaydaları barədə sürücülərin təlimatlandırılması həyata keçiriləcək.

Sürücülərdə koronavirus əlamətlərinin olmasına işə başlayarkən və işdən sonra nəzarət olunması, belə şəxslərin avtobusu idarəetmədən müvəqqəti kənarlaşdırılması və aidiyyəti tədbirlərin görülməsi prosesi təmin ediləcək. Sürücülərə dezinfeksiyaedici spirt tərkibli gel məhlulu, birdəfəlik əlcək və maskalar veriləcək.

Avtobusların havalandırma prinsipi ilə işləyən daxili soyutma və isitmə sistemlərindən istifadənin məhdudlaşdırılması təşkil olunacaq. Avtobuslarda təmizlik işləri aparılarkən pəncərələrin qapalı, sərnişindaşıma yerinə yetirilən zaman isə salonun havalandırılması məqsədilə mümkün qədər açıq vəziyyətdə saxlanılmasına nəzarət ediləcək.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi