Azərbaycanın təbii qaz ixracı 2 dəfəyədək artıb

Yanvar-aprel aylarında ölkədən 7 milyard 837,5 milyon kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 131,4 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2020-ci ilin eyni aylarında Azərbaycandan 4 milyard 365,6 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 821,4 milyon dollar olmuşdu.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP