Türk qırıcıları İraqa girdi – TƏCİLİ

Türkiyə Hava Qüvvələri İraqın şimalında və Şırnak vilayətində əməliyyat keçirib.

“HaberTürk”-ün məlumatına görə,  Basyan və Kandil ərazilərində aşkar edilən PKK terror təşkilatının məntəqələri dağıdılıb.  Aşkar olunan silahlar, ərzaq və döyüş sursatı məhv edilib. Əməliyyat nəticəsində 9 terrorçu öldürülüb.

Kürdlərin keçirdiyi referendumdan sonra, Türkiyənin ilk dəfə Şimali İraqa hücum etdiyi qeyd olunur.