Neft kəmərinə Rusiya ərazisindən hücum edilib

Amerika ərazisində “Colonial Pipeline” şirkətinə məxsus neft kəmərinin idarəetmə sistemini sıradan çıxaran haker hücumu Rusiya ərazisindən törədilib.

Bu barədə ötən gün prezident Cozef Bayden rəsmən bəyan edib. Lakin o, dərhal əlavə edib ki, Rusiya hakimiyyətinin bu hücumda iştirakına dair dəlil yoxdur.

“Amerika hakimiyyətinin əlində “Colonial Pipeline “şirkətinin neft kəmərinə hücum edən hakerlərin Rusiyada yaşadıqlarına  deməyə tutarlı səbəblər var. Lakin biz hesab etmirik ki, Rusiya hakimiyyəti bu hücumda iştirak edib”,-Bayden deyib.

Həmin neft kəməri Amerikanın şərq sahillərindəki ərazilərin 45 faizini benzin və dizellə təmin edir. Hakerlər kəmərin idarəetmə sisteminə müdaxilə edərək onun işini dayandırıblar. Hücum mayən 7-də törədilib, hər gün 2.5 milyon barrelə qədər benzin, dizel yanacağı, aviasiya kerosini və mazut nəql edən kəmərin işinin dayanması nəticəsində Şimali Karolina, Virciniya, Corciya və Florida ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib. Sürücülər təşviş içərisində yanacaq ehtiyatı görməyə başlayıblar, kəmərin işinin dayanması yanacaqdoldurma stansiyalarında benzinin bahalaşmasına gətirib çıxarıb. Bir qallon benzin son  6 ildə ilk dəfə az qala 3 dollar olub.

Prezident Bayden Federal Təhqiqatlar Bürosunun məruzəsinə istinad edərək deyib ki, orada Rusiya hakimiyyətinin bu haker hücumunda əli olmadığı göstərilir. “Mən əmimən ki, FTB-nin məruzəsində yazılanları düz anlamışam. Onlar deyirlər ki, Rusiyanın bu işdə əli yoxdur”,-ABŞ prezidenti bildirib.

Amma daha sonra Ağ evin rəsmi nümayəndəsi Ceyn Psaki jurnalistlərə bildirib ki, kiberhücumla bağlı təhqiqat hələ başa çatmayıb. “Prezident hazırkı məqamda bizim bildiyimizi ictimaiyyətə çatdırıb”,-o deyib.

FTB bildirir ki, neft kəmərinə Rusiya ərazisində mənzillənmiş DarkSide adlı haker qruplaşması hücum edib. “Assosiated press” bu qruplaşmanın 2020-ci ilin avqustundan fəaliyyət göstərdiyini bildirir. Qruplaşma bildirir ki, heç vaxt xəstəxanalara, tədris müəssisələrinə, dövlət idarəetmə strukturlarına hücum etmirlər, biznes obyektlərini hədəf alırlar və əldə etdikləri gəlirin bir hissəsini xeyriyyəçiliyə sərf edirlər. Qruplaşma habelə keçmiş sovet respublikaları ərazisində hücumlar həyata keçirmədiyini bildirir. Onları “kiber robin qudlar” da adlandırırlar.

Neft kəmərinin işi qismən bərpa edilib və “Bloomberg” bildirir ki, “Colonial Pipeline” şirkəti hakerlərə onların nəzarət altına aldıqları İT-infrastruktura çıxışı təmin edib kəmərin işini bərpa etmək üçün 5 milyon dollar ödəməli olub. Bildirilir ki, hakerlərə həmin məbləğ kriptovalyuta ilə hələ hücumun ilk saatlarındaca edilib, üstəlik ABŞ hakimiyyəti bu ödəmədən xəbərdar olub.

Pul hakerlərə çatandan dərhal sonra onlar şirkətə kəmərin kompüter şəbəkəsinin blokdan çıxarılması üçün deşifrə kodlarını veriblər.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi