Millət vəkili: “Sosial şəbəkələrdə söyüş yazanlar məsuliyyətə cəlb edilməlidir”
“Sosial şəbəkələrdə təhqirə, söyüşə yol verənlərin birmənalı şəkildə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik”.
Bunu deputat Razi Nurullayev parlamentdə çıxış edərkən bildirib. Deputat qeyd edib ki, onlar ağına-bozuna baxmadan hamını ağır şəkildə təhqir edirlər: “Yaydıqları videodan da bu faktlar aydın görünür. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Çoxu da xaricdə fəaliyyət göstərir. Onların həbsi üçün siyasi danışıqlar aparmaq lazımdır”.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP