“Mübariz İbrahimovu qəhrəman hesab etmirəm” – Yazar

Yazar Əsəd Qaraqaplan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu qəhrəman hesab etmədiyini bildirib.

 

Aktor.Az xəbər verir ki, bu barədə fikirlərini yazar öz Facebook” səhifəsində bölüşüb:

 

“Mən heç vaxt Mübariz İbrahimovu qəhrəman saymamışam. Mənə görə adam öldürən heç kim qəhrəman deyil. Kimisə yaşadan, ona həyat verən qəhrəmandır. Ümumiyyətlə, kütlənin qəhrəman anlayışına həmişə iyrənərək baxmışam. O, həmişə özünə bayağı qəhrəmanlar axtarıb”.