Milli məclisin deputati: AzTV-nin Teleradio Akademiyası cox müasir tədris müəssisəsidir

Qocaman Televiziyamızın gənc Akademiyası Keçən illər ərzində Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi milli jurnalistikamızın bir sıra problemləri ilə bağlı çoxsaylı müzakirələrdə iştirak etmişəm. Bir çox hallarda Azərbaycan jurnalistinin müasir tipli maddi-texniki bazaya və yeni tədris metodikasına əsaslanan peşəkarlıq vərdişlərinin öyrənilməsinə ehtiyacın olması bu müzakirələrin əsas mövzuları olurdu. Həmin müzakirələr zamanı arzuladığımız şəraitin bu gün AzTV Teleradio Akademiyasında təmin edildiyini görmək məni çox sevindirdi.

Hələ Az TV-nin “Körpü”, “Sorağınız gəlir”, “Bizimlə birgə” və “Gecəyə doğru” verilişlərindən qiyabi tanıdığım, xüsusilə əvvəllər “Həftə” analitik-informasiya proqramının aparıcısı kimi çıxışlarını və şərhlərini məmnuniyyətlə izlədiyim əməkdar jurnalist Faiq Hüsiyevin dəvəti ilə AzTV Teleradio Akademiyasına ilk gəlişimdən çox böyük təəssüratlarla qayıtdım.

Akademiyanın rektoru cənab Faiq Hüsiyevdən və prorektoru Ülfət xanım Rəhimovadan tədris müəssisəsi haqqında öyrəndiklərimdən çox fərəhləndim. Az TV nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası ən yeni texnologiyalara  sahib və qabaqcıl beynəlxalq təcrübəyə uyğun müasir tədris metodikalarına malik olan tədris müəssisəsidir.

Ölkənin teleradio məkanında çalışan jurnalistlərin peşə bacarıqlarının təkmilləşdirilməsi və eləcə də öz bilik və bacarıqlarını bu fəaliyyət sahəsində sınamaq istəyən qeyri-ixtisas təhsilli gənclərin jurnalist peşəsinə yiyələnmək arzusu məhz bu Akademiyada gerçəkliyə çevrilir. Yerli alim və mütəxəssislərlə yanaşı, vaxtaşırı Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dan tele-radio mütəxəssisləri tədris prosesində iştirak etmək üçün Akademiyaya dəvət edilir. Akademiya öz fəaliyəti ilə ölkəmizdə sağlam informasiya mühitinin formalaşmasına, mədəni yaradıcılıq mühitinin inkişaf etdirilməsinə və ölkəmizin tele-radio müəssisələri üçün yüksək ixtisaslı peşəkar kadrların hazırlanması işinə öz layiqli töhfəsini verir.

Akademiyada hökm sürən xoş işgüzar abı-hava müəllimlərin və dinləyicilərin mehriban rəftarından, auditoriyalarda və iş otaqlarında seyr etdiyim yaradıcılıq mühitindən və həvəsindən aydın sezilirdi. Əvvəlcə auditoriyada oturub mühazirənin başlanmasını gözləyən tələbələrin  daha sonra həvəslə dinləmək, interaktiv diskussiyalarda inamla suallar vermək, entuziazmla ideyalar irəli sürmək və müzakirələr açmaq yolu ilə mövzunu bütün xırdalıqlarına qədər araşdırmaq  və öyrənmək həvəsi  məni bir pedaqoq kimi çox sevindirdi. Medianın ictimai-siyasi həyatda rolu, Türk Şurasına üzv dövlətlərin birgə əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə əlaqələri və iki qardaş ölkənin ortaq media platforması çərçivəsində birgə əməkdaşlığı dinləyicilərlə söhbətimizin əsas mövzuları oldu. Mühazirə üçün mənə ayrılmış vaxtın çoxdan bitməsinə baxmayaraq dinləyicilərin mövzunun dərinliklərinə nüfuz etmək və daha çox öyrənmək həvəsi tükənmirdi.

Akademiyaya ilk gəlişimdə bütün bunların şahidi oldum. Beləcə, həyatımın bu gününü Az TV Teleradio Akademiyası, onun rəhbərliyi və müəllim-dinləyici kollektivi haqqında ən xoş təəssüratlarla yaşadım.

Belə bir imkanı yaratdıqlarına görə Akademiyanın rektoru, hörmətli Faiq müəllimə, prorektoru Ülfət xanıma və apardığım mühazirənin dinləyicilərinə sonsuz minnətdarlığımı bildirirəm.  65 yaşlı qocaman Milli Televiziyamızın gənc Akademiyasına tədris və yaradıcılıq fəaliyyətində davamlı uğurlar arzulayıram.

Cavanşir Feyziyev

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi