Razılaşma son anda pozulub? – Bakıdan Yerevana “əsir” aparmalı olan təyyarə niyə sərnişinsiz uçdu…

“İlham Əliyevi Putinlə söhbət qane etməyib, yaxud Ermənistan son anda razılaşmanı pozub. “Əsir” məsələsi ətrafında baş verənlər bu iki fərqli nəticəni ortaya çıxarır”.

Bunu siyasi icmalçı Asif Nərimanlı deyib. O qeyd edib ki, hazırda maraqlı proseslər gedir: “Dünən saat 20:46-də Prezidentin mətbuat xidməti İlham Əliyevlə Putinin telefon söhbəti haqda məlumat yaydı: tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib. 22:16-da “Sputnik armenia” bir qrup “hərbi əsir”in İrəvan yolunda olduğu xəbərini yaydı,  22:47-də Ermənistan tərəfi təyyarənin boş qayıtdığını açıqladı. Xəbər axını müəyyən ehtimallar irəli sürməyə imkan verir.

Mümkündür ki, Bakı şərtlərinin bir qisminin yerinə yetirilməsi qarşılığında “əsirlərin” bir neçəsini verməyə razı olub. Moskva görüşündən sonra Rusiya baş prokuroru İqor Krasnovun İrəvanda Paşinyanla görüşü, ardınca Əliyevin görüşünə gəlişi də bununla bağlı olub. Lakin son anda qərar dəyişdirilib”.

A.Nərimanlı bildirib ki, ilk versiyaya görə, İlham Əliyev Putinlə telefon söhbətindən mənmun olmayıb: “Rusiya “İsgəndər – M” məsələsinə, o cümlədən, 10 noyabr razılaşmasının 4-cü bəndinin yerinə yetirilməsinə lazımi həssaslıq göstərmir və Bakı qərarından vaz keçərək, təyyarəni boş göndərir, hərçənd, xəbər axının zamanı bu versiyanı zəiflədən məqamlardandır. Əliyevlə Putinin söhbətindən sonra “əsir”lərin qaytarılması xəbəri yayıldı, ardınca təyyarə boş qayıtdı.

İkinci versiya, Putin Paşinyanla məsələləri razılaşdırır, ardınca Bakının şərtlərinin (indiki halda bu şərtin erməni qoşunlarının çıxarılması olması ehtimalı öndədir) yerinə yetirilməsi qarşılığında “əsir”lərin bir qisminin qaytarılması məsələsini Əliyevlə müzakirə edir. Prezidentin mətbuat xidmətinin yaydığı informasiyanın mətni Əliyevlə Putinin söhbətinin müsbət məcrada keçdiyi fikrini gücləndirir. Bakıda olan təyyarə İrəvana uçmağa hazırlaşır, lakin son anda Ermənistan tərəfi Bakının qərarını dəyişdirəcək, həm də ümumi razılaşmanı pozacaq addım atır.

Hələki ehtimallar bu yöndədir, hərçənd, “nə baş verib” sualı qaranlıq olaraq qalır. Bu kontekstdə Qarabağdan gələcək xəbərlər və qarşıdakı günlərdə baş verən proseslər məsələyə aydınlıq gətirməyə kömək edə bilər”.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi