ABŞ prezidentinin Novruz təbriki nədən xəbər verir?

ABŞ-ın yeni rəhbərliyi Azərbaycanla əməkdaşlığa hazırdır

ABŞ prezidenti Co Baydenin prezident İlham Əliyevə məktub göndərməsi və ölkə başçısının şəxsində Azərbaycan xalqının Novruz Bayramı münasibəti ilə təbrik etməsi hər şeydən öncə yeni ABŞ rəhbərliyinin ölkəmizə dost münasibətinin göstəricisidir. Prezident Baydenin məktubunda ölkəmizlə əməkdaşlığa verilən önəm ondan xəbər veriri ki, ABŞ rəhbərliyi bölgəmizdə faydalı qarşılıqlı əməkdaşlığın, eləcə də, sülhün və təhlükəsizliyin təmin edilməsində Azərbaycanı vacib tərəfdaş hesab edir və bundan sonra da bütün istiqamətlərdə ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətindədir. Prezident Baydenin öz məktubunda ifadə etdiyi fikirlər onu deməyə əsas veriri ki, Ermənistan siyasi dairələri və erməni diasporu növbəti dəfə öz əsassız ümidlərində yaılıblar. Uzun bir dövr ərzində ABŞ da şəbəkələnərək kök salmış və ABŞ Konqresinin bir sıra üzvülərinə ciddi təsir qüvvəsi əldə etmiş Amerikadakı erməni lobbisinin yeni ABŞ rəhbərliyi qarşısında diskreditasiya etmək cəhdləri iflasa uğrayıb. Co Baydenin Azərbaycan prezidentinə göndərdiyi məktub bir daha göstərdi ki, ABŞ-ın Cənubi Qafqaz bölgəsində apardığı siyasət saxta faktlar əsasında uydurulmuş erməni demaqogiyasına yox, real siyasət zəmnində praqmatik və uzaqgörən proqnozlara əsaslanır. Müasir beynəlxalq siyasətin qarşılıqlı faydalı, sülh və təhlükəsizlik prinsiplərinə əsaslanan əməkdaşlıq isə həm ABŞ-na və həm də Azərbaycana uzunmüddətli siyasi və iqtisadi dvidendlər vəd edir. Ermənistan siyasi dairələri də nəhayət mövcud siyasi reallıqlardan çıxış etməli və bölgəmizdə sülhün və təhlükəsizliyin inkişafına tövhə verməyə tələsməlidir.

Cavanşir Feyziyev

Millət vəkili, Fəlsəfə doktoru

19.03.2021

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi