Rövşən Əkbərovu Vilayət Quliyev həbsdən xilas edib — SENSASİYA

Martın 15-də həbs olunan Azərbaycanın Milli Qəhrəmanı, sabiq korpus komandiri, general-leytenant Röşvən Əkbərovun adı ətrafında başlayan müzakirələr səngimək bilmir. Prokurorluq orqanları onun 1 iyun 2001-ci ildə Ukraynada Elçin Əliyev adlı Azərbaycan vətəndaşını dənizçi bıçagıyla (kortik) öldürməsini rəsmən açıqlayandan sonra ortaya çoxsaylı suallar çıxıb. Hazırda ən çox bu sual maraq doğurur: Rövşən Əkbərov Ukraynanın hüquq-mühafizə orqanlarının “pəncəsindən” necə xilas olub?

Araşdırmaçı-jurnalist Zülfiyyə Mustafayevə bu cinayət işiylə bağlı şok açıqlama verib. Vaxtilə bu mövzuda silsilə araşdırmalar apardığını deyən jurnalist Ukraynada adam öldürməkdə təqsirli bilinən generalı o vaxtkı Xarici işlər naziri Vilayət Quliyevin xilas etdiyini bildirib: “Cinayətin ört-bastır edilməsinin bir başqa baiskarı da o zamankı Xarici işlər naziri, hazırda Macarıstanda ölkəmizi səfir olaraq təmsil edən Vilayət Quliyev olub. Məhz onun verdiyi “toxunulmazlıq” sənədi ilə Kiyev istintaqçıları Rövşəni həbs etməyiblər. Vilayət Quliyev indiyə qədər izah edə bilməyib ki, hansı statusuna görə Rövşənin toxunulmazlıgı varmış. Niyə belə bir sənədlə onu qoruyub? Əgər Rövşən həbs olunsaydı, Azərbaycana ekstradisiya olunacaqdı. Amma Kiyevdən əlini-qolunu sallayaraq ölkəyə dönüb”.

Zülfiyyə Mustafayeva başqa maraqlı fakt da açıqlayıb. Jurnalist deyib ki, 2004-cü ildə Pirəşəküldəki hərbi hissədə Rövşən Əkbərovla görüşüb: “Müsahibə zamanı həmişəki kimi yenə cəfəngiyyat danışdı. Diktafonu söndürdükdən sonra isə belə dedi: “Sübut eləsinlər, görüm, necə sübut edəcəklər!” Onun dedikləri jurnalist kimi gücsüzlüyümü həmişə mənə xatıraldır”.(yenisabah.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi